Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stev...
ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub
Gündəm

ADNSU-nun PR və marketinq rəhbəri beynəlxalq “Stevie” mükafatı finalçısı seçilən ilk azərbaycanlı jurnalist olub

Xpress.az Redaksiyası 17.09.2026 17:54

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli beynəlxalq “Stevie® Awards for Women in Business” mükafatının 2026-cı il finalçıları sırasında yer alıb.

Xülya Sabirli “İlin ən innovativ qadını – dövlət və ya qeyri-kommersiya sektoru” (“Most Innovative Woman of the Year – Government or Non-Profit”) nominasiyası üzrə finalçı seçilib. O, Azərbaycandan bu mükafat üzrə final mərhələsinə yüksələn ilk jurnalist və ali təhsil müəssisəsi nümayəndəsidir.

23-cü dəfə keçirilən “Stevie® Awards for Women in Business” qadın rəhbərlərin, sahibkarların, əməkdaşların və onların rəhbərlik etdikləri təşkilatların nailiyyətlərini beynəlxalq səviyyədə qiymətləndirir. 2026-cı ildə müsabiqəyə 56 ölkə və ərazidən 1 500-dən çox nominasiya təqdim olunub.

Finalçılar dünyanın müxtəlif ölkələrindən olan 200-dən çox peşəkarın yeddi münsif heyətində apardığı qiymətləndirmənin orta nəticələri əsasında müəyyən edilib.

Xülya Sabirlinin müsabiqəyə təqdim olunan nominasiyası onun 2025-ci ildən etibarən ADNSU-da həyata keçirdiyi kommunikasiya və brend transformasiyasını əhatə edir. Nominasiyada universitetin vahid vizual identikliyinin və kommunikasiya üslubunun formalaşdırılması, rəqəmsal və ənənəvi kommunikasiya kanallarının sistemləşdirilməsi, eləcə də müxtəlif auditoriyalar üçün yeni media məhsullarının yaradılması əsas nailiyyətlər sırasında təqdim edilib.
Ali təhsildə ictimaiyyətlə əlaqələr sahəsində tətbiq edilən yeni yanaşmaların əsas məqsədi universitet kommunikasiyasını yalnız rəsmi məlumatların yayımlandığı ənənəvi modeldən çıxararaq tələbələr, məzunlar, media, beynəlxalq tərəfdaşlar və digər auditoriyalar üçün daha açıq, tanınan və sistemli kommunikasiya ekosisteminə çevirmək olub. Nominasiyada bu yanaşmanın ayrıca media formatları, vahid redaksiya standartları və auditoriyaya uyğun rəqəmsal kommunikasiya vasitələri ilə davamlı modelə çevrildiyi vurğulanıb.

Xülya Sabirli 15 ildən artıq peşəkar təcrübəyə malikdir. Onun fəaliyyəti ali təhsil, sosial sahə, bank sektoru, televiziya jurnalistikası, ictimaiyyətlə əlaqələr və tədris sahələrini əhatə edir.

O, daha əvvəl ADNSU-nun nəzdində Fransız-Azərbaycan Universitetində (UFAZ) PR meneceri, Kapital Bank-da PR eksperti, televiziya aparıcısı və reportyor kimi çalışıb. ADA Universiteti, UFAZ, UNEC və digər ali təhsil müəssisələrində ictimai çıxış, akademik və biznes kommunikasiyası istiqamətlərində dərs deyib. Xülya Sabirli eyni zamanda dörd bədii kitabın müəllifidir.

Qeyd edək ki, finalçıların “Qızıl Stevie”, “Gümüş Stevie” və “Bürünc Stevie” üzrə yekun nəticələri 16 noyabr 2026-cı ildə Nyu-Yorkda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Stevie Awards-un Xülya Sabirliyə göndərdiyi rəsmi bildirişdə finalçıların yekunda Qızıl, Gümüş və ya Bürünc “Stevie” mükafatlarından birinə layiq görüləcəyi bildirilib.

Mərasimdə dünyanın müxtəlif ölkələrindən 400-dən çox qadın lider və qonağın iştirakı gözlənilir. Mükafatların təqdimatı beynəlxalq auditoriya üçün canlı yayımlanacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Sənədsiz evlər rəsmiləşdiriləcək, qanunsuz ərazilərdə tikilənlər söküləcək

18.09.2026 11:26 Cəmiyyət

“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

18.09.2026 11:06 Gündəm

DİQQƏT! Formula 1 zamanı paytaxt yollarında hərəkət rejimi

18.09.2026 10:42 Formula-1

DTX 5 ölkədə antiterror əməliyyatı keçirib,

18.09.2026 10:27 Hadisə

Bu gün Milli Musiqi Günüdür

18.09.2026 09:03 Mədəniyyət

Sərnişinlərin səbrini sınayan marşrutlar -

18.09.2026 08:59 Cəmiyyət

Tarixi həqiqət, milli irs və ərazi bütövlüyü:

17.09.2026 17:46 Ana səhifə

Maddi və qeyri-maddi mədəni irsin UNİKAL NÜMUNƏSİ:

17.09.2026 17:22 Ana səhifə

DİQQƏT! Bu məhsullar bazardan yığışdırılır

17.09.2026 17:19 Cəmiyyət

Cəmi 4 gün iş olmayacaq -

17.09.2026 17:05 Cəmiyyət

Gömrük Komitəsi 8 ədəd avtomobil alır

17.09.2026 15:55 Cəmiyyət

“Baku Digital” şirkəti cərimələndi -

17.09.2026 15:30 Cəmiyyət

Dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında iştirak edəcəklər -

17.09.2026 15:00 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək