Oktyabrın 18-də Zefir Mall-da möhtəşəm bayram tədbiri KEÇİRİLƏCƏK
Zefir Mall-da “Müstəqilliyin bərpası günü” münasibətilə bayram tədbiri keçiriləcək.
Oktyabrın 18-də saat 16:00-da Zefir Mall-da “Müstəqilliyin bərpası günü”nə həsr olunmuş xüsusi bayram tədbiri keçiriləcək.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümünə həsr olunan tədbir möhtəşəm proqramla yadda qalacaq. Tədbir çərçivəsində ziyarətçiləri müxtəlif əyləncəli oyunlar, interaktiv yarışlar, musiqili çıxışlar və uşaqlar üçün maraqlı sürprizlər gözləyir.
Zefir Mall-un təşəbbüsü ilə təşkil olunan bu tədbirin məqsədi milli bayram ab-havasını paytaxt sakinləri və qonaqları ilə birlikdə yaşamaq, həmrəylik və vətənpərvərlik ruhunu gücləndirməkdir.
Tədbir hər yaş qrupundan olan ziyarətçilər üçün açıqdır və giriş sərbəstdir.

Ünvan: Bakı Dairəvi yolu 8, Yasamal Yaşayış kompleksi, Zefir Mall.
Tarix və vaxt: 18 oktyabr, saat 16:00.
Bayram ruhunu birlikdə yaşamaq istəyən hər kəs tədbirə dəvətlidir!