İdman
“Pis hazırlaşmamışıq”
Xpress.az Redaksiyası
04.11.2025 17:30
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında iştirak edib.
“Böyük tarixi olan komandaya qarşı oynayacağıq. Bu cür oyunçuların Bakıya gəlməsi futbolumuz üçün böyük hadisədir. Pis hazırlaşmamışıq. Mübarizə aparacağıq. Ən azından elə oyun oynamaq istəyirik ki, azarkeşlər zövq alsın”.