Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Tanınmış prodüser Təranə Səmədovanın cəzası
Tanınmış prodüser Təranə Səmədovanın cəzası
Hadisə

Tanınmış prodüser Təranə Səmədovanın cəzası AZALDILDI

Xpress.az Redaksiyası 06.11.2025 20:00

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb. 

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. 

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək