Axşam bu saatdan sonra yatmaq təhlükəlidir
Axşam saat 22:00- a qədər yatmamaq çəki artımına səbəb olur.

Bu barədə Xpress.az-a təbii gəncləşmə üzrə ekspert Afaq Qurbanzadə bildirib. Çünki bu saatdan sonra qrelin (aclıq hissi yaradan)və leptin (toxluq hissini formalaşdırır) kimi iştah hormonlarının tarazlığı pozulur. Qrelinin artması, leptinin isə azalması baş verir. Həmçinin bu saatlarda aclıq hissini artıran, stress hormonu olan kortizolun normadan artıq istehsalı sürətlənir. Nəticədə yuxusuzluq səbəbiylə azalmış serotoninin səviyyəsi iştaha nəzarəti itirir. İnsanın spirtli içəcəklərə və ziyanlı qidalara meyli artır. Metabolizmin zəifləməsi, maddələr mübadiləsinin pozulmasından insulinə meyillik əmələ gəlir. Yağların parçalanaraq enerjiyə çevrilməsindən məsul olan böyümə hormonunun istehsalı da azalır. Nəticədə bədəndə yağ hüceyrələri yığılmağa başlayır. Yuxusuzluq çəki itirdikdə, sağlamlığa mənfi təsir edən yağ əvəzinə əzələ kütləsinin itirilməsinə səbəb olur ki, bu da öz növbəsində ağır xəstəliklərin yaranmasına yol açır.