Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Bu 3 vərdiş 20-40 yaş arası şəxslərdə ürək tutması...
Bu 3 vərdiş 20-40 yaş arası şəxslərdə ürək tutması riskini artırır
Sağlamlıq

Bu 3 vərdiş 20-40 yaş arası şəxslərdə ürək tutması riskini artırır

Xpress.az Redaksiyası 13.10.2025 07:29

Ürək-damar xəstəlikləri artıq yalnız yaşlılara aid problem deyil.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kardioloq Uzm. Dr. Yusuf Altınkaynakın sözlərinə görə, xüsusilə 20-40 yaş arası gənclərdə ürək tutması halları ciddi şəkildə artıb. Mütəxəssis bildirir ki, hərəkətsiz həyat tərzi, stres və zərərli qidalanma vərdişləri gənclərin ürəyində "saatlı bomba" effekti yaradır.

Aşağıdakı xüsusiyyətlərə sahib gənclər daha yüksək risk daşıyır:

  • Ailəsində ürək xəstəliyi olanlar
  • Siqaret və tütün məhsullarından istifadə edənlər
  • Piylənmə (obezite) və diabet problemi olanlar
  • Xolesterolu yüksək olan gənclər

Bu şəxslərdə nəfəs darlığı, sinə ağrısı, halsızlıq və ani ürək döyüntüsü kimi əlamətlər daha erkən yaşda ortaya çıxa bilər.

Dr. Altınkaynak xəbərdarlıq edir: "Gənclərdə bəzən sinə ağrısı olmadan da ürək tutması başlaya bilər. Halsızlıq, ürəkbulanma və qəfil döyüntü də təhlükənin ilk işarəsi ola bilər."

Ürək Tutmasını Tətikləyən 3 Zərərli Vərdiş

  • Hərəkətsiz həyat və uzun saatlar ekran qarşısında qalmaq
  • Fast-food və şəkərli qidalarla qidalanmaq
  • Nizamsız yuxu və yüksək stres

Bu vərdişlər damarların sərtləşməsinə, yağlanmasına və gənc yaşda damar tıxanmasına səbəb olur.

Ürək Sağlamlığını Qorumaq Üçün TÖVSİYƏLƏR

Həftədə ən azı 3-4 dəfə yüngül hərəkət və ya sürətli gəzinti
Siqaret və enerji içkilərindən uzaq durmaq
Tərəvəz, meyvə, tam taxıl və sağlam yağlarla qidalanmaq
Fast-food və şəkərli içkiləri məhdudlaşdırmaq
Gec yatmamaq və kifayət qədər yuxu almaq
Stresi idarə etmək - nəfəs məşqləri, açıq havada gəzişmək

Ailəsində ürək xəstəliyi olan və ya siqaret çəkən gənclər - 20 yaşdan etibarən, risk faktoru olmayanlar - 30 yaşdan sonra mütəmadi ürək müayinəsinə başlamalıdır.

Bu müayinələr zamanı təzyiq, şəkər, xolesterol ölçülür, lazım gələrsə EKQ və efor testi ilə ürək dəyərləndirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək