Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Həmin ətləri yemək olmaz -
Həmin ətləri yemək olmaz -
Sağlamlıq

Həmin ətləri yemək olmaz - Dabaq xəstəliyi hansı hallarda insana keçə bilər?

Xpress.az Redaksiyası 21.10.2025 21:15

Son günlər iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb.

Dabaq xəstəliyi əsasən iri və xırdabuynuzlu heyvanlarda (məsələn, inək, qoyun, keçi kimi) yayılan yoluxucu virus infeksiyasıdır. Bu xəstəlik heyvanların ayaqlarında, ağız və dodaq ətrafında yaralar, qabıqlar əmələ gətirir, heyvanın hərəkətini çətinləşdirir, qidalanmasını əngəlləyir. Nəticədə heyvan zəifləyir və məhsuldarlıqda azalma olur.

Baytarlar bildirirlər ki, dabaq xəstəliyi sürətlə yayılma xüsusiyyətinə malikdir və vaxtında müalicə olunmazsa, heyvanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Həmçinin, xəstəliyin yayılmasının qarşısını almaq üçün heyvanların kütləvi yerlərdə toplanması məhdudlaşdırılmalıdır.

İnsanlar bu xəstəliyə yoluxa bilər? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb:

"Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər.

Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər".

Yayılan dabaq xəstəliyi ucuz dönərlərə diqqəti artırıb. Mütəxəssislər xəbərdarlıq edir ki, keyfiyyətsiz və təzəliyi bilinməyən ət insan sağlamlığı üçün risk yarada bilər. Dönər alarkən ətin rənginə, məkanın təmizliyinə və digər şərtlərə əməl etmək lazımdır. 

Dabaq xəstəliyi olan heyvanın əti yeyilərsə insana keçə bilər?

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsindən qeyd edilib ki, dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir:

"Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir. Bu zaman ağız boşluğu, dırnaq nahiyəsi və yelində aftalar əmələ gəlir. Xəstəliyin spesifik müalicə vasitəsi olmadığı üçün heyvanlarda simtomatik müalicə vasitələrindən və vitamin-mineral komplekslərindən istifadə edilir. Dabaq xəstəliyinə yoluxmuş heyvanlarda zədələnmiş sahələr 7-8 gün sonra bərpa olunur və 2 həftə ərzində xəstə heyvanlar sağalır. Xəstəliyi keçirmiş heyvanlarda bir ilə qədər təbii immunitet yaranır. Xəstəliyi vezukulyar stamotitdən, ağızın selikli qişasının zədələnmələrindən və digər xəstəliklərdən təfriq etmək lazımdır.

Dabaq xəstəliyinin qida məhsulları vasitəsilə insanlara keçmə ehtimalı sıfıra yaxındır. Bu ehtimal demək olar ki, yoxdur. Dabaq xəstəliyi insanlara heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Azərbaycanda ət və süd məhsullarının çiy çəkildə qəbulu ənənəsi demək olar ki yoxdur, bu səbəbdən bu xəstəliyin insanlara keçmə ehtimalı sıfıra bərabərdir". 

Bu xəstəlik iqtisadi cəhətdən bahalaşma yaradacaq ya ucuzlaşma? 

Bu vəziyyət ətin və südin qiymətlərinə də təsir edir. Dabaq xəstəliyi istər ətin, istərsə də ağartı məhsulların qiymətinə təsirsiz ötüşməyib. Xəstəliyin yayılmasına görə bölgələrdə bir sıra heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılıb. Xəstəliklə bağlı ət və süd məhsullarına diqqətin azalması, qiymətlərin ucuzlaşmasına səbəb olur. Mövcud vəziyyətimlə bağlı ətin qiymətində 2 manata qədər ucuzlaşma var. 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək