Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Kimlərə xəngəl yemək olmaz? –
Kimlərə xəngəl yemək olmaz? –
Sağlamlıq

Kimlərə xəngəl yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

Xpress.az Redaksiyası 14.10.2025 17:57

Azərbaycanın ən sevilən yeməklərindən olan xəngəl dadlı olsa da, sağlamlıq baxımından müəyyən təhlükələr daşıyır. Mütəxəssislər bu ənənəvi yeməyin tərkibindəki yüksək yağ və karbohidrat miqdarının bir sıra xroniki xəstəliklərə zəmin yaratdığını bildirirlər.

Azərbaycan mətbəxi ilə bağlı aparılan son araşdırmalar xəngəl kimi ağır və yüksək kalorili yeməklərin tez-tez qəbulunun artıq çəki, ürək-damar xəstəlikləri və şəkərli diabet riskini artırdığını göstərir.

Xpress.az xəbər verir ki, mütəxəssislər bu yeməyin az porsiyada və ayda bir neçə dəfə istehlak edilməsini tövsiyə edir.

Dietoloq Aytac Quliyeva bildirib ki, xəngəl çox zəngin və doyumlu bir yemək olsa da, onun tərkibindəki maddələr sağlamlıq üçün müəyyən risklər yaradır:

"Xəngəl əsasən ağ un, yağ və qırmızı ət tərkiblidir. Bu isə deməkdir ki, yüksək miqdarda kalori, doymuş yağ və sadə karbohidrat ehtiva edir. Belə bir yeməyi müntəzəm şəkildə yemək insulin müqavimətini artırır, qaraciyər yağlanması və piylənmə riskini yüksəldir."

Ekspert əlavə edib ki, xəngəl xüsusilə axşam saatlarında yeyildikdə həzm sistemində yüklənməyə, qıcqırma və reflü kimi narahatlıqlara səbəb ola bilər.

“Ənənəvi xəngəldə çox zaman quyruq yağı və ya kərə yağı istifadə olunur. Bunlar doymuş yağlardır və uzunmüddətli istifadəsi xolesterin səviyyəsini artıraraq damar sərtliyi (ateroskleroz) riskini yüksəldir. Bu isə ürək tutmaları və insultlar üçün zəmin yarada bilər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək