Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Yaşayış binasında döşəmə çökdü-
Yaşayış binasında döşəmə çökdü-
Hadisə

Yaşayış binasında döşəmə çökdü- 60 ailə təxliyə olundu

Xpress.az Redaksiyası 23.11.2025 13:49

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində döşəmənin çökməsi hadisəsi baş verib.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Goranboy Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nəzərov bildirib ki, baş verən insidentdən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sözlərinə görə, binada yaşayan 60 ailə təhlükəsiz yerə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək