Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Zabratda qəza olub,
Zabratda qəza olub,
Hadisə

Zabratda qəza olub, ölən var

Xpress.az Redaksiyası 29.11.2025 10:03

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Abbasov Mirəli Yolçu oğlunun idarə etdiyi "Toyota Prado" markalı avtomobillə işıqforun yaşıl işığından keçib sola doğru manevr zamanı 2003-cü il təvəllüdlü Ələsgərov Ələsgər Elxan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə sürücü Ə.Ələsgərov hadisə yerində öüb.

Sərnişinlər - 2003-cü il təvəllüdlü Rəsulova Sevinc Şükür qızı və 2006-cı il təvəllüdlü Rəsulova Nəzrin Şükür qızı, eləcə də digər sürücü M.Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək