Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Dünən Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə...
Dünən Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ajans.az xəbər verir ki, ərazidə yaşayan şəxslər hadisəyə yüksək sürətin səbəb olduğunu deyir:  “VAZ 2107” yuxarıdan işıq yandırmadan gəlib. “Toyota Prado” isə işıqforda yaşıl işıqdan keçən zaman onu görməyib. Maşın çox yüksək sürətlə gəlibmiş”.  “Yer bütün zir-zibil idi. Elə bil, bomba partlamışdı. Çox pis qəza olub”.  TƏBİB-dən açıqlanan son məlumatda isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.  Hadisə ilə bağlı araşdırma aparılır.  Daha ətraflı “Xəzər Xəbər”in süjetində:
Hadisə

Xpress.az Redaksiyası 30.11.2025 13:14

Dünən Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ərazidə yaşayan şəxslər hadisəyə yüksək sürətin səbəb olduğunu deyir:

“VAZ 2107” yuxarıdan işıq yandırmadan gəlib. “Toyota Prado” isə işıqforda yaşıl işıqdan keçən zaman onu görməyib. Maşın çox yüksək sürətlə gəlibmiş”.

“Yer bütün zir-zibil idi. Elə bil, bomba partlamışdı. Çox pis qəza olub”.

TƏBİB-dən açıqlanan son məlumatda isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək