Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Sabiq xidmət rəisinə
Sabiq xidmət rəisinə
Hadisə

Sabiq xidmət rəisinə HÖKM OXUNDU

Xpress.az Redaksiyası 01.12.2025 19:18

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor rütbəsində xidmət etmiş Şahin Quliyevin barəsində rüşvət alma ittihamı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahin Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək