Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Dəm qazından ölən qadının yaxınları
Dəm qazından ölən qadının yaxınları
Hadisə

Dəm qazından ölən qadının yaxınları DANIŞDI

Xpress.az Redaksiyası 04.12.2025 20:31

Mingəçevir şəhərində faciəvi hadisə baş verib. Şəhərin Tərəvəzçilik yaşayış massivinin Əkinçi küçəsi 46 ünvanında yaşayan 64 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib.

Hadisə ilə bağlı onun yaxınları danışıb. Bildirilib ki,  mərhum uzun müddətdir həmin ünvanda tək yaşayırmış və ailəsi olmayıb. Onun qardaşının sözlərinə görə, qadın Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olub. Evini isitmək məqsədi ilə qaz sobasını çıxararaq divara söykədiyi üçün məişət qazının geri qayıtması nəticəsində dəm qazı yaranıb.

Qadının iki gün ərzində evdə hərəkətsiz halda qaldığı müəyyən edilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək