Media
ABŞ-nin ən böyük qəzetində kütləvi ixtisarlar başlayıb
Xpress.az Redaksiyası
05.02.2026 09:12
"The Washington Post" qəzetinin baş redaktoru Mett Murrey qəzetin işçiləri arasında kütləvi ixtisarların başladığını elan edib.
Bu barədə "Reuters" mənbəyə istinadən məlumat yayıb.
İxtisarlar qərarı maliyyə çətinlikləri səbəbindən verilib.
Siyasət və hökumət mövzularını işıqlandıran əsas şöbə istisna olmaqla, qəzetin bütün şöbələrində dəyişikliklər nəzərdə tutulur. Bundan əlavə, idman bölməsinin də bağlanacağı açıqlanıb.