Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media 10 illik uğurlu media yolu - “Təhsil-Press”
10 illik uğurlu media yolu - “Təhsil-Press”
Media

10 illik uğurlu media yolu - “Təhsil-Press”

Xpress.az Redaksiyası 02.03.2026 16:35

Gündəlik informasiya axınında "feyk" xəbərlərin və dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə, 10 illik media təcrübəsinə malik “Təhsil-Press” İnformasiya Agentliyinin dürüst və peşəkar fəaliyyəti təqdirəlayiq hal olaraq xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, çoxsaylı informasiya resursları səhihlə səhv arasında sərhədləri bulanıq göstərərək, oxucularını çaşdırmaqdadırlar... Belə bir mürəkkəb şəraitdə, cəmiyyətdə etimad qazanmaq və onu qorumaq heç də asan deyil. Fərəhlə demək olar ki, “Təhsil-Press” bu missiyanı uğurla yerinə yetirir və bu, məhz rəhbərliyin peşəkarlığı və prinsipial yanaşması ilə mümkündür.

Bu məsuliyyətli və çətin missiyanın əsas yükü, şübhəsiz ki, agentliyin rəhbərliyinin - Əkbər Hüseynzadənin üzərinə düşür. O, yalnız peşəkar, həqiqətə sadiq jurnalist kimi deyil, həm də fəaliyyətində prinsipial və əxlaqlı yanaşma sərgiləyən bir rəhbər olaraq seçilir.

Çağdaş dövrü qloballaşma və elmi-texniki tərəqqi şərtləndirir. Bu baxımdan zamanla birlikdə mətbuatın təkcə ənənəvi deyil, həm də rəqəmsal aləmdə fəaliyyət göstərməsi zərurət halını alıb. Təbii olaraq bu müstəvidə təhsili təmsil edən media qurumlarının rəqəmsal platformada güclü iştirak etməsi və etibarlı informasiya mənbəyi olması daha da vacibdir. “Təhsil-Press“ da məhz bu missiyanı öz üzərinə götürərək təhsil sahəsində operativ, dolğun və doğru məlumatlarla oxucularına xidmət edir.

Agentlik təhsil sahəsində qəbul edilən qərarları, aparılan islahatları, müasir idarəetmə modellərinin tətbiqini, tədris keyfiyyətinin artırılmasını, kadr potensialının gücləndirilməsini və şəffaflığın təmin olunmasını mütəmadi olaraq işıqlandırır. Eyni zamanda, təhsil müəssisələrində baş verən yeniliklər, tanınmış mütəxəssislərin təklifləri və analitik yazıları da saytda təqdim olunur. Beləliklə, “Təhsil-Press” sadəcə xəbər vermir, həm də müasir təhsil sisteminin inkişafı üçün dəyərli bir fikir mənbəyinə çevrilir.

Agentlik ölkədəki dövlət qurumları, təhsil müəssisələri və digər təşkilatlarla fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, mətbuat haqqında qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və hüquq pozuntularına qarşı həssas mövqe nümayiş etdirilir.

Ötən il Azərbaycan mediası üçün əlamətdar oldu. Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam dövlətin mətbuata olan yüksək diqqət və qayğısının bariz nümunəsi oldu. Dövlət başçısı tərfindən təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə media sahəsində xüsusi xidmətləri olan şəxslər təltif edildi. Təltif olunanlar arasında, fəaliyyətindən bir ziyalı, oxucu olaraq razı qaldığım “Təhsil-Press" İnformasiya Agentliyinin direktoru Əkbər Hüseynzadə də yer aldı.

Qeyd edim ki, Əkbər Hüseynzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olmaqla yanaşı, əlavə hüquq təhsili də almışdır. Uzun illər müxtəlif media orqanlarında məsul vəzifələrdə çalışmış, ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatına dair mühüm hadisələri peşəkarlıqla işıqlandırmışdır. 2007-ci ildən etibarən isə təhsil sahəsində jurnalistika fəaliyyəti göstərərək bu sahənin nüfuzlu ekspertlərindən birinə çevrilmişdir. O, yalnız “Təhsil-Press” İnformasiya Agentliyində deyil, həmçinin digər mətbu və elektron KİV-lərdə də aktual mövzularda çıxış edir, müsahibələr və analitik yazılarla ictimai rəyə təsir göstərir.

Əkbər Hüseynzadə, sözünü açıq deyən, haqqın və ədalətin tərəfində duran, prinsipial və əqidəsinə sadiq bir jurnalistdir. Onun səmimiyyəti və prinsipiallığı həmkarları və oxucuları arasında onu fərqləndirən əsas keyfiyyətlərdəndir.

Xoş ovqatda “Təhsil-Press” İnformasiya Agentliyinin kollektivini 10 illik yubiley münasibətilə, başda Əkbər Hüseynzadə olmaqla, səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram.

Ulu müdriklırimizin idrak nuruna boyanmış, qədimliyi qədərincə müasir səslənən təbirincə yol gedənindir. Yolunuz açıq, işiniz avand olsun!
 

Tapdıq ƏLİBƏYLİ
şair-publisist,
AYB və AJB-nin üzvü,
TAİB İdarə Heyətinin üzvü,
Prezident təqaüdçüsü

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Payız gəldi, saçlar tökülməyə başladı -

20.09.2026 18:41 Sağlamlıq

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

20.09.2026 16:54 Sağlamlıq

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək