Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Şou-Biznes YUĞ Teatrında “Birinci akt” tamaşasına daxili baxı...
YUĞ Teatrında “Birinci akt” tamaşasına daxili baxış keçirilib
Şou-Biznes

YUĞ Teatrında “Birinci akt” tamaşasına daxili baxış keçirilib

Xpress.az Redaksiyası 07.03.2026 17:52

​6 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasına daxili baxış keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova və Teatrın Bədii Şurasının üzvləri tamaşanı izləyiblər. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ Teatrının banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun quruluş verdiyi sonuncu tamaşalardandır. Teatrın kollektivi 2009-cu ildə hazırlanmış bu tamaşanı rejissorun xatirəsinə ehtiram əlaməti olaraq bərpa edib. İfaçıların böyük qismi dəyişsə də, yozum prinsipləri maksimal dərəcədə saxlanılıb. Janrı futuroloji aksiya kimi təyin edilən səhnə əsərinin quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şerif, rəssamı Umay Həsənova, rejissor assistenti isə Günel Səfərovadır. Tamaşanın musiqi tərtibatında Pyotr İliç Çaykovskinin “İlin çağları” fortepiano silsiləsinin “May”, “Oktyabr” və “Dekabr” hissələrindən istifadə edilib. “Birinci akt” tamaşasında rollarda aktyorlar Təranə Ocaqverdiyeva (Lyubov Andreyevna Ranevskaya), Nigar Mürsəl (Anya), Ləman Mərrih (Varya), Amid Qasımov (Leonid Andreyeviç Qayev), Elgün Həmidov (Semyenov-Pişşik Boris Borisoviç), Elşən Əsgərov (Panteleyeviç Yepixodov), Əbdülqəni Əliyev (Firs), Oqtay Mehdiyev (Yermolay Alekseyeviç Lopaxin), Günəş Tegin (Dunyaşa), Rahib Allahquliyev (Pyotr Sergeyeviç Trofimov) və Murad Fərzəliyev (Yaşa) çıxış ediblər.
Tamaşadan sonra Bədii Şura üzvlərinin və kollektivin iştirakı ilə geniş müzakirə keçirilib və tamaşanın repertuara daxil edilməsi ilə bağlı qərar qəbul olunub.  
“Birinci akt” tamaşasının premyerası 12 mart saat 19.00-da baş tutacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək