Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci g...
Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb -
İdman

Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb - FOTO

Xpress.az Redaksiyası 06.03.2026 09:38

Martın 5-də "Şahdağ" Turizm Mərkəzində Xizək Alpinizmi üzrə Avropa Çempionatının ikinci günü yekunlaşıb.

Xpress.az xəbər verir ki, qarışıq estafet (mixed relay) növü üzrə yeniyetmə və yetkin kişi və qadınlar arasında yarışın nəticələri bəlli olub.

Belə ki, yeniyetmə kişi və qadınlar arasında 1-ci yerdə Almaniya, 2-ci yerdə İspaniya, 3-cü yerdə isə Rusiya təmsilçiləri qərarlaşıb.

Yetkin kişi və qadınlar arasında keçirilən yarışda ilk pillədə İsveçrə, 2-ci pillədə İtaliya, 3-cü pillədə Almaniya idmançıları yer alıblar.

Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.

Martın 6-da idmançılar fərdi və vertikal növləri üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa Çempionatı Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Çempionatda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək