Şou-Biznes
Vasif Məhərrəmli: Pulqabımın qiyməti 2 min dollardan çoxdur - VİDEO
Xpress.az Redaksiyası
05.05.2026 14:29
Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət mərkəzinə düşüb.
O, istifadə etdiyi pulqabının qiymətinin 2 min dollardan artıq olduğunu bildirib. Müğənni eyni zamanda həmin bahalı aksessuarın içindəkiləri də nümayiş etdirib.
Vasif Məhərrəmlinin bu sözləri və paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər arasında fərqli fikirlər səsləndirilib, bəziləri açıqlamanı maraqla qarşılayıb, digərləri isə tənqidi yanaşıb.(Milli.az)