Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Urban Expo” sərgisində “Bakı Mexanizasiya Nəqliyy...
“Urban Expo” sərgisində “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb etdi
Cəmiyyət

“Urban Expo” sərgisində “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb etdi

Xpress.az Redaksiyası 20.05.2026 13:35

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində açılışı baş tutan “Urban Expo” sərgisində “Bakı Mexanizasiya Nəqliyyat” ASC-nin stendi ziyarətçilərin diqqətini cəlb edib.

1924-cü ildən fəaliyyət göstərən “Bakı Mexanizasiya Nəqliyyat” ASC sərgidə xüsusi maraqla qarşılanıb. 
Şirkətin tikinti və infrastruktur sahəsində 100 ildən artıq təcrübəyə malik olması, eləcə də iri miqyaslı layihələrin icrasında iştirak etməsi nümayiş olunan stendə olan marağı daha da artırıb.
Sərgi çərçivəsində şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlar təqdim olunub. Stenddə şirkətin icra etdiyi layihələrin maketləri və vizual təqdimatları nümayiş etdirilərək qonaqlara daha ətraflı informasiya verilib.
Şirkətin əməkdaşı Məqsudə Xankişiyeva ziyarətçilərə Azərbaycan ərazisində bir sıra yüksək səviyyəli dövlət layihələrini məhz “Bakı Mexanizasiya Nəqliyyat” ASC tərəfindən icra olunduğunu bildirib:
"Şirkətimizin həyata keçirdiyi mühüm layihələr çoxdur. Onların sırasında Ağ şəhər bulvarının pirslərinin salınması, Səngəçal Neft Terminalı, eləcə də ölkənin müxtəlif bölgələrində inşa edilən məktəblər və tədris mərkəzləri xüsusi yer alır".


Məqsudə Xankişiyevanın sözlərinə görə, ASC-nin yaxın dövr üçün bir neçə ekoloji yönümlü təşəbbüsü mövcuddur:
"Sözügedən layihələrin gələcəkdə icrası nəzərdə tutulur. Bu ideyalar müasir şəhərsalma və dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə hazırlanıb.

Qeyd edək ki, “Urban Expo” sərgisi WUF13 çərçivəsində dövlət qurumları və özəl sektor nümayəndələrinin bir araya gəldiyi, innovativ şəhərsalma və infrastruktur həllərinin təqdim olunduğu əsas platformalardan biri hesab olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

SİMA İmza ilə vergi hesabatlarını 6 ay pulsuz təqdim et!

22.09.2026 10:42 Texnologiya

Saxta kosmetik məhsulu necə tanımaq olar? –

22.09.2026 10:28 Sağlamlıq

Like gəlməyəndə niyə əhvalımız dəyişir? –

22.09.2026 10:00 Cəmiyyət

Qaradağda iki yük maşını toqquşdu

22.09.2026 08:59 Cəmiyyət

Vergi ödəyicilərinə şad xəbər

22.09.2026 08:32 Cəmiyyət

Yatmazdan əvvəl telefon:

21.09.2026 22:31 Cəmiyyət

“Sizə kredit düşmür” –

21.09.2026 22:12 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək