Hadisə
Yarımtikili evdə YANĞIN
Xpress.az Redaksiyası
31.05.2026 22:42
Şərur rayonunda yarımtikili evdə yanğın hadisəsi baş verib.
Hadisə rayonun Maxta kəndində qeydə alınıb. Yanğın nəticəsində yarımtikili evə ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. (Azərtac)