Teleaparıcı Firuzə Cəlilovanın doğum günüdür
Bu gün tanınmış teleaparıcı, jurnalist və media layihələri rəhbəri Firuzə Cəlilovanın doğum günüdür.
Tamaşaçılar arasında daha çox "Fira" adı ilə tanınan Firuzə Cəlilova uzun illər Azərbaycan televiziya və media məkanında uğurlu fəaliyyəti ilə seçilib. Peşəkar karyerasına Lider TV-də başlayan aparıcı burada "Tezdən oyan" və digər layihələrdə tamaşaçıların qarşısına çıxıb. Daha sonra ATV-də yayımlanan "Yol yoldaşım" verilişinin aparıcısı olub.
2016-cı ildə fəaliyyətini Xəzər TV-də davam etdirən Firuzə Cəlilova "Oyan Azərbaycan" səhər proqramının aparıcılarından biri kimi çalışıb. Televiziya fəaliyyəti ilə yanaşı, media və ictimaiyyətlə əlaqələr sahəsində də uğurlu karyera quraraq 2019-cu ildə Azərbaycan Sənaye Korporasiyasında ictimai əlaqələr və PR üzrə mütəxəssis vəzifəsinə təyin olunub.
Uzun illər radio və televiziya sahəsində qazandığı təcrübə ilə tanınan Firuzə Cəlilova bu gün də media sahəsinin tanınmış simalarından biri hesab olunur.
Xpress.az kollektivi adından Firuzə Cəlilovanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.