Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Buzovnada FACİƏ:
Buzovnada FACİƏ:
Gündəm

Buzovnada FACİƏ: Üç nəfər dənizdə batdı

Xpress.az Redaksiyası 03.08.2026 11:59

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə üç nəfər batıb.

Bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 km aralı dənizdə nəzarətsiz ərazidə 3 nəfərin batması barədə məlumat daxil olub:

"Məlumatla əlaqədar dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
 

Vətəndaş - 2009-cu il təvəllüdlü A.Həmidova xilas olunub ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.


Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək