Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ramiz Mehdiyevin mənə nə dəxli var?” –
Ramiz Mehdiyevin mənə nə dəxli var?” –
Gündəm

Ramiz Mehdiyevin mənə nə dəxli var?” – Əli Həsənov danışdı

Xpress.az Redaksiyası 15.10.2025 13:44

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.

Teleqraf məsələ ilə bağlı Əli Həsənovla əlaqə saxlayıb.

O, açıqlamasında yayılan xəbərləri təkzib edib:

“Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?”

Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək