Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm "Şimali Kipr Türk Cümhuriyyəti prezidenti kim seçi...
"Şimali Kipr Türk Cümhuriyyəti prezidenti kim seçilsə, Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir"
Gündəm

"Şimali Kipr Türk Cümhuriyyəti prezidenti kim seçilsə, Türkiyənin strategiyalarına uyğun hərəkət etməlidir"

Xpress.az Redaksiyası 16.10.2025 18:25

Şimali Kipr Türk Cümhuriyyətində oktyabrın 19-u bazar günü keçiriləcək prezident seçkilərinin ilk turunda səs verəcək seçicilərin sayı 218 min 313 nəfər olaraq açıqlanıb. Hazırkı prezident Ersin Tatar seçkinin birinci turunda müstəqil namizəd kimi, ana müxalifətdə olan Cümhuriyyət Türkiyə Partiyasının (CTP) sədri Tufan Erhürman isə partiyasının namizədi kimi qeydə alınıb. Prezident seçkilərinin ilk turunda Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran və İbrahim Yazıcı müstəqil, Osman Zorba isə Kipr Sosialist Partiyasının namizədi kimi iştirak edəcək.

Seçkiyə sayılı günlər qalıb, səkkiz prezidentliyə namizədin təbliğat-təşviqat kampaniyası aparılır. Kipr türk xalqı 1974-cü il Sülh Əməliyyatından sonra 20 iyun 1976-cı ildə öz dövləti altında ilk prezident seçkilərini keçirib. Kipr türkləri 44 il ərzində iki dəfə Kipr Türk Federativ Dövlətinin Prezidentliyinə, səkkiz dəfə ŞKTC prezidentliyinə səs veriblər. ŞKTC xalqı 6-cı prezidentini seçmək üçün oktyabrın 19-da keçiriləcək prezident seçkilərində 9-cu dəfə seçkiyə gedəcək.

Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi, professor Kərəm Qarabulud  bildirib ki, Kipr tarixinin çox hissəsində Türk adası olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək