Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Tez oyanma və arıqlama arasında elmi bağlantı varm...
Tez oyanma və arıqlama arasında elmi bağlantı varmı?-
Sağlamlıq

Tez oyanma və arıqlama arasında elmi bağlantı varmı?- Mütəxəssisdən açıqlama

Xpress.az Redaksiyası 22.10.2025 21:30

Tez oyanma və arıqlama arasında elmi bağlantı var.

Xpress.az xəbər verir ki, bu barədə öz sosial şəbəkə hesabında sağlam qidalanma üzrə mütəxəssis Elnur Nemətov yazır:


“ Çoxumuz gec oyanmağı bir növ vərdişə çevirmişik. Həyat tərzimizi elə qurmuşuq ki, bəzən səhər saat 9, 10, 11-dan tez oyanmaq artıq bizə
"möcüzə" kimi gəlir.
Sonra da tələsik, heç bir səhər yeməyi etmədən işlərimizin arxasınca qaçırıq.
Bu hal illərlə davam edir — və bir gün ayılırıq ki, artıq çəki, yorğunluq, xroniki halsızlıq və "buket" xəstəliklər bizə yoldaş olub.
Ən pisi isə odur ki, bütün bunların səbəbini sosial hayatda, stressde va ya məişət problemlərində axtarırıa.
Halbuki günahı elə özümüzdə tapmalıyıq.

O, həmçinin bioloji saat və metabolik balans haqqında yazır: “ Bioloji saat — bədənin 24 saatlıq daxili ritmidir.
Bu ritm yuxudan tutmuş hormon ifrazına, enerji sərfiyyatından yağ yandırmağa qədər bütün funksiyaları tənzimləyir.
Metabolik balans - bədəndə enerjinin yaranması, xərclənməsi və saxlanmasının harmonik vəziyyətidir.
Sadə dildə desək, bu balans pozulanda arıqlamaq çətinləşir, enerji azalır, piy toplanması sürətlənir.

Bəs tez oyanmaqla arıqlamanın əlaqəsi nədir? 
“ Bədənimiz hər gün demək olar ki, gün işığı ilə aktivləşir. Günün ilk saatlarında kortizol hormonunun təbii yüksəlişi baş verir. Təbii kortizol — bədənin bioloji saatı ilə idarə olunan, səhər saatlarında (xüsusile 06:00-08:00
arası) öz-özünə artan bir hormon ifrazıdır.
Yəni bu yüksəliş yağ yandırmanı sürətləndirir, enerjini artırır va bədəni hərəkətə hazırlayır.
Həm də tez oyananda adətən səhər yeməyini vaxtında qəbul edirik.
Bu, qan şəkərinin sabit qalması va insulin hormonunun düzgün tənzimlənməsi üçün əsas faktordur.
Bu, gün ərzinde bizim şirin ve yağlı qidalara istəyimizi azaldır, enerji səviyyəmizi stabil saxlayır va bədənimiz enerji üçün yağ əvəzinə qida maddələrindan istifadə edir
Bədən enerjisini əsasen iki şeydən alır:
1. Qidalardan
2. Özündə yığılmış yağlardan”

Son olaraq isə mütəxəssis sağlam şəkildə arıqlamaq istəyənlər üçün səhəri tez açıb, günü isə vaxtında bağlamağı vərdiş etməyi tövsiyyə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək