Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Zəngəzur dəhlizinə kim nəzarət edəcək? -
Zəngəzur dəhlizinə kim nəzarət edəcək? -
Gündəm

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Mirzoyandan AÇIQLAMA

Xpress.az Redaksiyası 16.10.2025 19:55

Zəngəzurda reallaşacaq “Tramp yolu” kimi də tanınan TRIPP dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsinin xidmətləri ilə erməni-amerikan şirkəti məşğul olacaq.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında  Zəngəzur dəhlizi ilə bağlı məsələni şərh edərkən deyib.

Mirzoyan bildirib ki, bir gün əvvəl Şarm əl-Şeyxdə azərbaycanlı həmkarı ilə münasibətlərin tənzimlənməsi üçün bütün variantları, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə etmək imkanı olub.

Nazir bir daha qeyd edib ki, hazırda Amerika tərəfi ilə TRIPP üzrə texniki həllər üzrə müzakirələr aparılır və avqustun 8-dən iş artıq başa çatıb. “Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək və onun texniki təminatı ilə birgə erməni-amerikan şirkəti məşğul olacaq. Hazırda dərc edilənlər razılaşdırılıb. Qalanları dəqiqləşdiriləcək, bütün tərəflər razılaşacaq və elan ediləcək"

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək