Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media 300-dən çox yazıçı “The New York Times” üçün yazma...
300-dən çox yazıçı “The New York Times” üçün yazmağı dayandırdı-
Media

300-dən çox yazıçı “The New York Times” üçün yazmağı dayandırdı- SƏBƏBLƏR

Xpress.az Redaksiyası 29.10.2025 18:59

New York — “The New York Times” qəzetinin “Rəy” bölməsi üçün yazan 300-dən çox yazıçı, alim və ictimai xadim Fələstin mövzusunda qərəzli redaksiya siyasətinə etiraz olaraq qəzetlə əməkdaşlığı dayandırdı. Onlar üç əsas tələb yerinə yetirilməyincə qəzetə məqalə təqdim etməyəcəklərini bəyan ediblər.

Xpress.az xəbər verir ki, yazıçılar açıqlamalarında bildiriblər ki, qəzetin son iki ildə İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hava hücumları, qırğınlar və aclıq siyasəti ilə bağlı xəbərlərində Fələstin tərəfinə qarşı açıq qərəz nümayiş etdirilib.

“Qəzzadakı fələstinlilər evlərinə qayıtdıqca və İsrailin iki ildir davam edən hücumlarının nəticələri ortadadır. Bu cinayətlərə görə ortaq qurumları məsuliyyətə cəlb etmək Qərb olaraq bizim borcumuzdur. Media da bu müharibə maşınının bir hissəsinə çevrilib və cəzasızlıq mühitini gücləndirir”, — bəyanatda qeyd olunur.

İmza atanlar, “New York Times” redaksiyasını İsrail rəsmilərinin və lobbi qruplarının təsiri altında xəbərləri manipulyasiya etməkdə ittiham ediblər. Onların sözlərinə görə, jurnalistlərə “qırğın”, “etnik təmizləmə” və “işğal edilmiş ərazi” kimi ifadələrdən istifadə etməmək barədə göstərişlər verilib.

Bəyanatda “The New York Times” rəhbərliyinə üç konkret tələb irəli sürülüb:

Xəbər otağının Fələstin əleyhinə qərəzliliyi nəzərdən keçirməsi və Fələstin xəbərləri üçün yeni redaksiya standartlarının hazırlanması;

2023-cü ilin oktyabrında dərc olunan “Sözsüz qışqırıqlar” adlı, HƏMAS-ı “seksual hücumlarda” ittiham edən hesabatın rəsmi şəkildə geri götürülməsi;

İsrail hökumətinə yaxın mənbələrin xəbərlərə birbaşa təsirinin aradan qaldırılması.

Bəyanatda, həmçinin Fələstinli jurnalist və yazıçıların “New York Times” ilə əməkdaşlıqdan imtina etməklə, qəzetin etik dəyərlərə və jurnalist məsuliyyətinə qayıtmasına çağırış etdiyi vurğulanıb.

“Bu qərar yalnız bir boykot deyil, həm də ədalətli və balanslı jurnalistikanın bərpası üçün bir tələbdir”, — deyə imzaçılar bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək