Azərbaycanlılar üçün vizasız səfər imkanları – Siyahı Açıqlandı
2025-ci il beynəlxalq əlaqələr baxımından Azərbaycanın xarici siyasət gündəmində dinamik və strateji addımlarla yadda qaldı. Hələ pandemiyadan sonra formalaşan yeni dünya nizamında ölkələr sərhədlərini qorumaqla bərabər, eyni zamanda diplomatik və iqtisadi əlaqələri gücləndirmək üçün viza siyasətini yumşaltmağa çalışır. Azərbaycan da bu tendensiyadan kənarda qalmayıb. Əksinə — viza rejiminin liberallaşdırılması baxımından mühüm uğurlara imza atıb.
Çin ilə vizasız rejim
Azərbaycan və Çin arasında 2025-ci ildə imzalanan və qüvvəyə minən razılaşma nəticəsində, artıq ümumi vətəndaş pasportu olan şəxslər hər iki ölkəyə vizasız səfər edə bilirlər. Hər səfər üçün 30 gün, 6 ay ərzində isə maksimum 90 gün vizasız qalmaq hüququ tanınır. Bu razılaşma təkcə turist axını ilə nəticələnmir, eyni zamanda logistika, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq imkanlarını da genişləndirir.
Maldivlərlə diplomatik açılım
Digər bir razılaşma isə Maldivlərlə əldə olundu. Azərbaycan və Maldivlər arasında diplomatik, xidmət və rəsmi pasport sahibləri üçün viza rejimi qarşılıqlı olaraq ləğv edildi. Turist vizaları hələ ki, qüvvədə qalsa da, bu ilkin addım münasibətlərin daha da inkişafı üçün zəmin yaradır.