Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Daha bir hava limanının fəaliyyəti DAYANDIRILDI -
Daha bir hava limanının fəaliyyəti DAYANDIRILDI -
Gündəm

Daha bir hava limanının fəaliyyəti DAYANDIRILDI - Bu ölkədə...

Xpress.az Redaksiyası 27.10.2025 21:05

Vilnüs Beynəlxalq Hava Limanı (Litva) ölkə hava məkanında aşkar edilən meteoroloji şarlar səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Lietuvos Oro Uostai (“Litva Hava Limanları”) idarəsi məlumat yayıb.

Açıqlamada qeyd olunur ki,

“Paytaxt hava limanı təxminən saat 21:40-da (Bakı vaxtı ilə 23:40) bağlanıb.”

Məlumata görə, bu, oxşar səbəblərlə Vilnüs Hava Limanının bağlandığı ardıcıl üçüncü gecədir. Daha əvvəl hava limanı 25 və 26 oktyabr gecələrində də eyni səbəbdən fəaliyyətini dayandırmışdı.

Ümumilikdə 10 mindən çox sərnişin uçuşların təxirə salınması və dəyişdirilməsi ilə bağlı çətinliklərlə üzləşib. Cəmi 70 reys ya ləğv edilib, ya istiqaməti dəyişdirilib, ya da əvvəlki təyinat məntəqəsinə geri qaytarılıb.

Litva mediasının yazdığına görə, bəzi hallarda bu meteoroloji şarların siqaret qaçaqmalçılığı üçün istifadə oluna biləcəyi ehtimal edilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək