Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Elman Nəsirovdan ilk nikahından olan qızının video...
Elman Nəsirovdan ilk nikahından olan qızının videosuna
Gündəm

Elman Nəsirovdan ilk nikahından olan qızının videosuna REAKSİYA

Xpress.az Redaksiyası 25.10.2025 14:24

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Bizim.Media xəbər verir ki, o, 4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib.

Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.
 

L.Əliyevanın sözlərinə görə, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb.


Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.

O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır.
 

Ötən gün isə özünü Elman Nəsirovun ilk xanımı kimi təqdim edən qadının videosu yayılıb. O, deputatın ilk evliliyindən olan qızına aliment ödəmədiyini bildirib.


Deputat Pravda.az-a açıqlamasında küçələrdə qaldığını deyən 26 yaşlı Laləzər Əliyevanın görüntülərinə aydınlıq gətirib. O, yayılan məlumatı böhtan adlandırıb:

"Radikalların işidir. Mən belə böhtanları çox görmüşəm..." - deputat bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək