Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media İqtisadiyyat.az 7 yaşını qeyd edir
İqtisadiyyat.az 7 yaşını qeyd edir
Media

İqtisadiyyat.az 7 yaşını qeyd edir

Xpress.az Redaksiyası 31.10.2025 12:49

Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.

2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

Saytın məqsədi xəbərləri oxuculara operativ, obyektiv və dəqiq şəkildə çatdırmaqdan ibarətdir. Məhz bu prinsiplərin sayəsində İqtisadiyyat.az bu gün etibarlı xəbər mənbəyinə çevrilib.

İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsilə də müstəqil informasiya siyasəti həyata keçirir. Bu gün İqtisadiyyat.az-ı "Telegram"da izləyənlərin sayı 20 minə, "İnstagram"da 73 minə, "Tiktok"da 145 minə, "Facebook"da isə 101 minə çatır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək