Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Basqalda Dəmirçi Bazar küçəsi yenidən qurulub
Basqalda Dəmirçi Bazar küçəsi yenidən qurulub
Turizm

Basqalda Dəmirçi Bazar küçəsi yenidən qurulub

Xpress.az Redaksiyası 18.11.2025 14:25

Basqaldakı bərpa işləri çərçivəsində qəsəbənin əsas küçələrindən biri – Dəmirçi Bazar küçəsi tam yenidən qurulub və istifadəyə verilib.

Xpress.az-ın Basqala ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qoruqların İdarəedilməsi Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, küçədə həm yol örtüyü, həm də tarixi memarlıq elementləri bərpa olunub: "Dəmirçi Bazar küçəsində döşəmə daşları tamamilə yenilənib, tarixi divarlar restavrasiya edilib. Hazırda küçə tam istifadəyə verilib və turistlərin rahat hərəkəti üçün zəruri şərait yaradılıb".

Sədr vurğulayıb ki, bərpa zamanı orijinal memarlıq üslubuna maksimum sadiqlik təmin olunub: "Dəyişdirilmiş divarların strukturu tarixi formaya uyğunlaşdırılıb, küçə boyunca işıqlandırma sistemi yenilənib. Məqsəd Basqalın ənənəvi görünüşünü qoruyaraq müasir infrastrukturla uzlaşdırmaqdır".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək