Media
Dünya Televiziya Günü – BMT qlobal media rolunu vurğulayır
Xpress.az Redaksiyası
21.11.2025 08:21
Xpress.az xəbər verir ki, 21 noyabr Dünya Televiziya Günü kimi qeyd olunur. 1996-cı ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən rəsmi olaraq təsis edilmişdir. Bu gün televiziyanın qərar qəbul etmə proseslərinə, dünyada baş verən münaqişələrə və sülh-təhlükəsizlik məsələlərinə diqqət çəkərək, həmçinin iqtisadi və sosial əhəmiyyətli digər məsələlərə yönəltmə imkanlarını tanımaq məqsədi daşıyır.
Televiziya bu baxımdan yalnız informasiya kanalına çevrilmək deyil, eyni zamanda qlobal dialoq və kommunikasiya vasitəsi kimi də mühüm rol oynayır — bu da günün əsas mesajlarından biridir.