Turizm
Azərbaycan Madriddəki sərgidə 241 min manata stend quracaq
Xpress.az Redaksiyası
26.11.2025 15:53
Azərbaycan Dövlət Turizm Agentliyi 21-25 yanvar 2026-ci il tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçiriləcək “FITUR 2026” turizm sərgisində stend quraşdıracaq.
Xpress.az-ın məlumatına görə, Agentlik açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üçün artıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 241 min 323 AZN-dir.