Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Jurnalist Günel Yaz “Azərsun Holdinq”də yeni vəzif...
Jurnalist Günel Yaz “Azərsun Holdinq”də yeni vəzifəyə
Media

Jurnalist Günel Yaz “Azərsun Holdinq”də yeni vəzifəyə TƏYİN OLUNUB

Xpress.az Redaksiyası 06.01.2026 13:47

Jurnalist Günel Yaz yeni vəzifəyə gətirilib. O, peşəkar fəaliyyətini ölkənin aparıcı şirkətlərindən biri olan **“Azərsun Holdinq”**də davam etdirəcək.


Xpress.az xəbər verir ki, bu barədə Günel Yaz öz sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında İctimaiyyətlə əlaqələr və media şöbəsinin Baş mütəxəssisi vəzifəsinə təyin olunduğunu bildirib:
“Əziz dostlar, hörmətli media nümayəndələri, sizinlə xoş bir xəbəri bölüşmək istərdim.
Məlumat üçün bildirirəm ki, peşəkar fəaliyyətimi ölkənin aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq”də — İctimaiyyətlə əlaqələr və media şöbəsinin Baş mütəxəssisi vəzifəsində davam etdirəcəyəm.
Yeni il yeni imkanlar, yeni hədəflər və yeni məsuliyyətlər deməkdir. Bu yolda mənə göstərilən etimada görə təşəkkür edir, qarşıdakı fəaliyyətimdə uğurlu əməkdaşlığa ümid edirəm”.
Qeyd edək ki, Günel Yaz bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda mətbuat və ictimaiyyətlə əlaqələrdən məsul şəxs kimi fəaliyyət göstərib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək