Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Hadisə Məktəb pəncərəsindən yıxılan şagirdin vəziyyəti ne...
Məktəb pəncərəsindən yıxılan şagirdin vəziyyəti necədir?
Hadisə

Məktəb pəncərəsindən yıxılan şagirdin vəziyyəti necədir?

Xpress.az Redaksiyası 18.02.2026 16:44

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində ikinci mərtəbədən yıxılan 11-ci sinif şagirdinin vəziyyəti açıqlanıb.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, 18.02.2026-cı il tarixində saat 11:00 radələrində 1 nəfər (kişi) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“2008-ci il təvəllüdlü yeniyetməyə sağ topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti kafi qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, 2008-ci il təvəllüdlü Elmin Kasumov hələ ki məlum olmayan səbəbdən oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı şagird təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək