Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birg...
Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq
Media

Azərbaycan-Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyası yaradılacaq

Xpress.az Redaksiyası 28.03.2026 11:15

"Stratcom Summit 26" çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.

Agentlikdən Xpress.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Vurğulanıb ki, qlobal informasiya məkanında baş verən transformasiyalar, eləcə də saxta və manipulyativ məzmunların artan təsiri dövlət qurumları arasında daha sıx koordinasiya və sistemli əməkdaşlığı zəruri edir.

Görüşün sonunda "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu" imzalanıb.

Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək