Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Azxeber.com 16 yaşını qeyd edir
Azxeber.com 16 yaşını qeyd edir
Media

Azxeber.com 16 yaşını qeyd edir

Xpress.az Redaksiyası 13.04.2026 11:01

Bu gün Azxeber.com informasiya portalının 16 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
 
Saytın "İnstagram”da 860 min, "Tiktok”da 800 min, "Youtube”də 50 min, "facebook”da 100min, "Threads”də 60 min, "Telegram”da isə 30 minə yaxın izləyicisi var.

Həmkarlarımızı təbrik edirik!

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək