Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir
Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir. Tədbirdə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri və kommunikasiya mütəxəssisləri iştirak edirlər.
Forumda çıxış edən rəsmilər media ilə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar işıqlandırılması prioritet məsələlərdən biridir. Rəqəmsallaşma və süni intellektin inkişafı isə medianın məsuliyyətini daha da artırır.
Çıxışlarda həmçinin media və təhsil sahələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. Bildirilib ki, son illərdə insanlar xəbərləri əsasən sosial platformalar vasitəsilə əldə edirlər.
Forum çərçivəsində “Şəhərsalma və Memarlıq İli”, rəqəmsal risklər və innovasiyalar kimi mövzularda panel müzakirələri keçiriləcək.