Media
Eynulla Fətullayev Haqqın.az saytını satdığını təsdiqlədi
Xpress.az Redaksiyası
09.06.2026 15:54
Tanınmış jurnalist Eynulla Fətullayev bir müddət öncəyədək rəhbərlik etdiyi Haqqın.az saytı ilə yollarını ayırdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.
Jurnalist qısa açıqlamasında Haqqin.az-ı satdığını təsdiqləyib.
"Haqqin.az MMC-ni - bütöv payımı satmışam. Səbəblər və gələcək planlarım barədə əlavə geniş açıqlama verəcəm”, - deyə o qeyd edib.
Eynulla Fətullayevin hazırda Türkiyədə olduğu bildirilir.