Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Şuşadakı Forum başa çatdı - Fotolar
Şuşadakı Forum başa çatdı - Fotolar
Media

Şuşadakı Forum başa çatdı - Fotolar

Xpress.az Redaksiyası 14.07.2026 19:01

Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumu başa çatıb.

Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.

İki gün davam edən Forum çərçivəsində təkbətək formatlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlər təşkil olunub.

Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək müasir media mühitində baş verən dəyişikliklər, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları barədə danışıblar.

Müzakirələrdə media, informasiya təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum iştirakçıları Xankəndidə Zəfər parkını, Xocalıda “Xocalı Soyqırımı Memorial” kompleksini ziyarət edib, həmçinin Şuşada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək