Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstema...
Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

Xpress.az Redaksiyası 21.07.2026 22:52

Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan milli mətbuatı əsri aşan bir yol keçib. Bu gün -151 illik yubileyi qeyd edərkən, adətən, mətbuatımızın maarifçilik missiyasından, ictimai fikirin formalaşmasındakı rolundan və klassik jurnalistika prinsiplərindən bəhs olunur.
Lakin tarixin dərinliklərinə və bu günün reallıqlarına tamamilə fərqli bir rakursdan-informasiya cəbhəsinin ön xəttində, qeyri-adi və ölümcül risklərlə müşayiət olunan ekstremal şəraitdə çalışanların prizmasından baxdıqda, tamamilə yeni bir mənzərə yaranır.
Milli mətbuat tariximiz yalnız kaşğar qoxulu səhifələrdən və intellektual müzakirələrdən ibarət deyil; o, həm də barıt qoxulu səngərlərdən, dağıntılar altından, qlobal kataklizmlərin və hərbi münaqişələrin mərkəzindən redaksiyalara ötürülən həqiqətlərin salnaməsidir.
151 il əvvəl Həsən bəy Zərdabi “Əkinçi”ni ərsəyə gətirəndə bu, sadəcə qəzetçilik təşəbbüsü deyil idi; bu, cəmiyyətin zülmətə qarşı qaldırdığı intellektual üsyan idi. Zərdabi özü də bilmədən o zaman Azərbaycan jurnalistikasının gələcək ekstremal xarakterinin təməlini qoymuşdu. Çünki həqiqəti cəmiyyətə çatdırmaq, imperiya senzurasının və cəhalətin divarlarını yarıb keçmək elə ilk gündən cəsarət tələb edirdi.
Lakin illər keçdikcə zaman dəyişdi, mübarizə üsulları təkamül etdi. Bu gün Azərbaycan jurnalistikası artıq sadəcə kabinetlərdə oturub məqalə yazmaq peşəsi deyil. O, ən qaynar nöqtələrdə -mina təmizlənməmiş ərazilərdə, düşmənlə üz-üzə dayanan səngərlərdə, təbii fəlakətlərin və hərbi əməliyyatların mərkəzində obyektivliyi qorumaq missiyasına çevrilib.
Azərbaycan mətbuatının 151 illik tarixində elə fədakar qələm sahibləri olub ki, onlar yazı masasını cəbhə xətti ilə əvəz ediblər. Qarabağ müharibələri dövründə, Vətən müharibəsininə qədər və ondan sonrakı dövrdə jurnalistlərimizin göstərdiyi şücaət dünya media tarixində xüsusi yer tutur.
Ekstremal jurnalistika sadəcə xəbər vermək deyil; o, həyatı ilə risk arasında paralel xətt çəkməkdir. Azərbaycan jurnalisti üçün qələm hərdən silaha çevrilir- lakin bu silah yalnız haqqı, ədaləti və düşmənə qarşı informasiya mübarizəsində qələbəni təmin etmək üçündür. Bu gün “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyi olaraq bizim əsas məqsədimiz məhz bu missiyanı daşıyan, hər an həyatını təhlükəyə ataraq həqiqətin izi ilə gedən peşəkarların hüquqlarını qorumaq, onların fəaliyyətini dəstəkləmək və bu ağır peşənin çətinliklərini dövlət və cəmiyyət səviyyəsində diqqətdə saxlamaqdır.
Bu gün milli mətbuatımız tamamilə yeni bir çağırışla üz-üzədir. Hibrid müharibələr dövründə informasiya artıq sadəcə xəbər deyil, strateji silahsızlanma və ya qorunma vasitəsidir. Azərbaycan jurnalisti bu gün həm də informasiya sərhədlərimizin keşiyində duran əsgərdir. Yalanın, manipulyasiyanın və informasiya terrorunun hökm sürdüyü qlobal dünyada həqiqəti saflığı ilə çatdırmaq özlüyündə ən böyük ekstremal fəaliyyətdir. 151 illik yubileyi qeyd edərkən biz keçmişə yalnız qürurla baxmırıq; biz həm də gələcəyin mesafəsini müəyyənləşdiririk. Azərbaycan mətbuatı Həsən bəy Zərdabinin işıqlandırdığı məşəli bu gün dünyanın ən qaynar, ən riskli nöqtələrində belə sönməyə qoymayan fədakar jurnalistlərin çiynində daşıyır.
Bu yolda həyatını qurban verən bütün şəhid jurnalistlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qələmini hər zaman həqiqətin və Vətənin xidmətinə bağlayan hər bir həmkarımızı 151 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm.
Inanıram ki, Azərbaycan mətbuatı hər zaman olduğu kimi, bundan sonra da həm ənənələrinə sadiq qalacaq, həm də ekstremal şəraitin qoyduğu bütün çağırışlara şərəflə cavab verəcəkdir.

Nahid Canbaxışlı
“Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin sədri

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Tramp İranla danışıqların bərpasında məna görmür

21.07.2026 20:17 Dünya

Xpress-in reportajına operativ reaksiya:

21.07.2026 19:20 Hadisə

Bu ölkədə 3 mindən çox insan sudan zəhərlənib

21.07.2026 19:00 Dünya

5 gün vaxt qoyulub -

21.07.2026 18:44 Sağlamlıq

"Araz Vadisi İqtisadi Zonası" dəmiryol şəbəkəsinə qoşulacaq

21.07.2026 18:15 İqtisadiyyat

Daha bir tibb müəssisəsi ürək və kök hüceyrələri transplantasiyası həyata keçirəcək

21.07.2026 17:45 Sağlamlıq

Hikmət Hacıyevdən Tural Sadıqlıya:

21.07.2026 16:53 Siyasət

Azərbaycan və Almaniya strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalayıb - YENİLƏNİB -

21.07.2026 16:46 Siyasət

İlham Əliyev: Azərbaycandan təchiz edilən benzin və dizel Ermənistanın enerji təhlükəsizliyinə töhfədir

21.07.2026 16:41 Siyasət

Qırğızıstanın ərazisi genişlənib

21.07.2026 16:08 Dünya

Suriyadan gətirilənlər reabilitasiyaya cəlb olunub

21.07.2026 15:55 Gündəm

İlham Əliyev və Fridrix Merts mətbuat konfransı keçirib

21.07.2026 15:48 Siyasət

Özgür Özel CHP ilə vidalaşdı

21.07.2026 15:27 Dünya

Kəlbəcərdə sursat partlayıb,

21.07.2026 15:11 Hadisə

İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirilib

21.07.2026 14:31 Siyasət

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

21.07.2026 14:29 Siyasət

Ölü doğulan körpə zirzəmiyə atılıb? -

21.07.2026 14:17 Hadisə

Yaradıcı gəncləri birləşdirən Creative Zone düşərgəsi başa çatıb

21.07.2026 13:58 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək