Gündəm
"Ramiz Mehdiyev özünü yaxşı hiss edir" - Mühafizəçisindən açıqlama
Xpress.az Redaksiyası
20.10.2025 11:35
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi açıqlama verib:
"Ramiz müəllim hazırda özünü yaxşı hiss edir. Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır.
Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" hotelinin yanında, Tbilisi prospektindəki villasında çəkir.