Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür?...
Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? -
Gündəm

Ramiz Mehdiyevin “Sədərək”dəki obyektləri sökülür? - AÇIQLAMA

Xpress.az Redaksiyası 20.10.2025 13:50

“Yazırlar ki, “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədiməliyevin oğlu Mehman Qədiməliyev Ramiz Mehdiyevin dəstəyi ilə Prezident Adiministrasiyasında vəzifəyə yüksəlib. Əvvəla, Yusif Qədiməliyev deyil. Mən Qədiməliyev adlı adam tanımıram. Bizdə Yusif Qədimbəyli var, Yusif Qədiməliyev də, Mehman Qədiməliyev də yoxdur. Tamamilə dezinformasiyadır. Yusif müəllimin oğlu Prezident Administrasiyasında işləyibsə, sıravi işçi olub, ali təhsilli, istedadlı kadrdır. Burada nə var ki? O kim idi ki, orada maliyyə məsələlərinə baxsın. Maliyyə məsələlərinə baxan ayrı adamlar idi. Bunun məsələyə nə dəxli var? Bu gün kiminlə kimin acığı var, başlayırlar Ramiz Mehdiyevə qoşmağa...”

Bu sözləri Pravda.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin "Sədərək" ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib.

“"Sədərək" ticarət mərkəzinin, eləcə də onun rəhbərliyinin Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur, birmənalı şəkildə bunu deyirəm. Yenə də təkrar edirəm, ticarət mərkəzində Ramiz Mehdiyevin heç bir obyekti, mağazası da yoxdur. Yazırlar ki, ona aid obyektlər sökülür. "Sədərək" ticarət mərkəzində bu dəqiqə sökülən obyekt yoxdur. Əksinə, tikilir, satılır, alırlar. Ticarət mərkəzi gündən-günə genişlənir. Burada əlavə mağazalar tikilir, nəinki sökülmək".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək