Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından da...
Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından danışdı
Gündəm

Sabir Rüstəmxanlı qızı ilə Elçinin ayrılığından danışdı

Xpress.az Redaksiyası 30.10.2025 08:59

Xalq şairi Sabir Rüstəmxanlı qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun münasibətlərindən danışıb.

Bu barədə S. Rüstəmxanlı "Həftənin qonağı" verilişində açıqlama verib. O, Elçinlə bağlı bunları söyləyib:

"Yaradıcı insan kimi ona hörmətim var. Amma yaradıcı insanların yaxşı ailə başçısı olması çətindir. Gərək bunu düşünsünlər. Ümumiyyətlə uşaqlarım seçimlərini özləri edib".

Xalq şairi qızı Elçinin boşanması haqda sualı belə cavablandırıb:

"Uşaqlarına baxırlar, əlaqələri, münasibətləri var. Rəsmiyyət hər şeyi həll etmir. Hələ heç nə deyə bilmərəm. İndiki uşaqların nə ayrılığı bilinir, nə də bir yerdə olmağı. O şeylərə qarışmıram, bu barədə danışmaq da istəmirəm".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək