TİMBİR-dən dünya jurnalistlər gününə təbrik MESAJI
Türk İnternet Media Birliyindən Dünya Jurnalistlər Gününü təbrik etdi.
Xpress.az xəbər verir ki, Türk İnternet Media Birliyi (TİMBİR) və İnternet Media və İnformasiya Texnologiyaları Federasiyasının (İMEF) başçısı Süleyman Basa bu haqda paylaşım edib:
Bu gün – həqiqətin izindən gedən, xalqın səsi olmağı prinsipə çevirən, qələmi, kamerası və mikrofonu ilə gecə-gündüz fədakarcasına çalışan bütün jurnalistlərin günüdür.
Türk İnternet Media Birliyi (TİMBİR) peşəsini şərəf və dürüstlüklə yerinə yetirən bütün jurnalist həmkarlarının Dünya Jurnalistlər Gününü səmimiyyətlə təbrik edib.
Birlikdən verilən açıqlamada bildirilib ki, düzgün məlumatı ictimaiyyətə çatdırmaq, cəmiyyəti maarifləndirmək və ictimai maraqları qorumaq istiqamətində göstərilən səylər hamı üçün çox dəyərlidir.
“Bu gün təkcə bir bayram deyil, həm də jurnalistikanın dəyərini və jurnalistlərin zəhmətini xatırlamaq günüdür,” – deyə bəyanatda vurğulanıb.
Türk İnternet Media Birliyi bütün üzvlərinə və media ictimaiyyətinə peşə fəaliyyətlərində sağlamlıq, uğurlar və həmişə həqiqətin işığında yeni nailiyyətlər arzulayıb.
