Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Türkiyə Britaniya ilə qırıcı məsələsində razılığa...
Türkiyə Britaniya ilə qırıcı məsələsində razılığa gəldi
Gündəm

Türkiyə Britaniya ilə qırıcı məsələsində razılığa gəldi

Xpress.az Redaksiyası 27.10.2025 22:25

“Türkiyə ilə İngiltərə arasındakı razılaşmanı iki yaxın müttəfiq olaraq strateji əlaqələrin yeni bir işarəsi kimi görürəm”.

Türiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Keir Starmer ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, bu günki görüşün mərkəzində müdafiə və ticarət əlaqələri dayanıb.

“Böyük Britaniya ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşlarından biridir. Ticarət həcmimizi 40 milyard dollara çatdırmağı hədəfləyirik. Böyük Britaniya vətəndaşlarının ölkəmizi ikinci vətən hesab etmələri bizi sevindirir. Bu məqsədlə biz ikitərəfli çərçivənin imzalanması üçün danışıqlara başlamışıq.

Nümayəndə heyətləri arasında “Eurofighter” qırıcı təyyarələrinin tədarükü müqaviləsi imzalanıb. Mən bu müqaviləni iki yaxın müttəfiq kimi aramızda olan strateji münasibətlərin simvolu kimi görürəm”,- Ərdoğan bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək