Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Xəzər sahilində ölü suitilər aşkar edildi
Xəzər sahilində ölü suitilər aşkar edildi
Gündəm

Xəzər sahilində ölü suitilər aşkar edildi

Xpress.az Redaksiyası 04.11.2025 07:59

Qazaxıstanın Tupqarağan rayonunun Bautino kəndi yaxınlığında, Xəzər dənizinin sahilində suiti cəsədləri tapılıb.

İri dəniz məməlisini görən və bu barədə aidiyyəti orqanlara məlumat verən yerli sakin sahildə altı ölü suitinin uzandığını bildirib. Onlardan ikisinin boğazına balıqçı torları dolaşmış vəziyyətdə olub.

Mangistau vilayətinin balıq ehtiyatlarının mühafizəsi idarəsi məlumat yayıb ki, faktla bağlı hadisə yerinə bütün səlahiyyətli qurumların inspektorları ezam edilib.

Xatırladaq ki, bu ilin may ayında Mangistau sahillərində 279, iyul ayında isə Aktau sahilində bir ölü suiti aşkarlanmışdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək