Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbə...
Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq
Gündəm

Azərbaycanlı bloqerin Rusiyadakı mənzili borc səbəbindən satılacaq

Xpress.az Redaksiyası 02.11.2025 17:15

Azərbaycanəsilli bloqer "Subo"nun (əsl adı Sübhan Murad oğlu Məmmədov) Rusiyanın Federal Vergi Xidmətinə olan borcu səbəbindən Moskva vilayətinin Odintsovi şəhərindəki mənzilinə həbs qoyulub.

 "Mash" "Telegram" kanalına istinadən xəbər verir.

Bildirilir ki, 10 milyon rubl (təqribən 211 000 manat - red.) dəyərindəki 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzil müsadirə ediləcək.

Mənzil 91 milyon rubl (təqribən 1 924 000 manat - red.) məbləğində olan borcun bir hissəsini ödəməkdən ötrü satılacaq.

Xatırladaq ki, "Subo" 2025-ci ilin fevralında Rusiya vətəndaşlığından məhrum edilib. O, vergidən yayınmaya və çirkli pulların yuyulmasına görə axtarışdadır. Bloqerin BƏƏ-yə köçdüyü bildirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək