Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm 57 il idi ki, göylərdə idi-
 57 il idi ki, göylərdə idi-
Gündəm

57 il idi ki, göylərdə idi- Səudiyyəlilər onu 2010-cu ildə istismardan çıxardılar

Xpress.az Redaksiyası 12.11.2025 18:01

Azərbaycanın 8 Noyabr – Zəfər Günü tədbirlərində iştirak edən Türkiyə əsgərlərini daşıyan TSK-yə məxsus C-130 Hercules tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında dağlıq ərazidə qəzaya uğrayıb. Qəza nəticəsində 20 əsgər şəhid olub.

57 illik uçuş tarixi olan təyyarə

Qəzaya uğrayan təyyarə Kayseridəki 12-ci Hava Əsas Baza Komandanlığına məxsus idi və 222-ci eskadranın tərkibində xidmət göstərirdi. Üzərində kərgədan simvolu olan bu təyyarə 1968-ci ildə istehsal edilib və ilk olaraq Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində istifadə olunub.

Səudiyyə Ərəbistanı tərəfindən 2010-cu ildə istismardan çıxarıldıqdan sonra təyyarə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. Beləliklə, qəzaya uğrayan C-130 tam 57 ildir uçuş tarixçəsinə malik idi.

Qəza anı və ilkin məlumatlar

Məlumata görə, təyyarə Gəncədən havaya qalxaraq Amasyanın Merzifon şəhərindəki 5-ci Reaktiv Baza Komandanlığına istiqamətlənmişdi. Hava qalxışından təxminən 30 dəqiqə sonra təyyarə hündürlüyünü itirib və saat 10:49-da, hələ müəyyənləşdirilməmiş səbəbdən, 8 min metr yüksəklikdə havada parçalanıb.

Qəza nəticəsində təyyarənin quyruğu, qanadları və gövdəsi bir-birindən ayrılıb, qalıqlar isə Azərbaycan-Gürcüstan sərhədi yaxınlığında geniş ərazidə səpələnib.

İlkin görüntülər və araşdırma

Qəza yerindən ilk görüntüləri Reuters agentliyi yayımlayıb. Kadrlar təyyarənin tamamilə dağıldığını və ərazidən qalxan qalın tüstü sütunlarını əks etdirir.

Hadisə zamanı dörd mühərrikli təyyarənin gövdəsindən tüstü çıxmağa başladığı, qısa müddət sonra isə nəzarətsiz şəkildə fırlanaraq yerə çırpıldığı bildirilir. Qəzanın səbəbləri ilə bağlı Türkiyə və Gürcüstan müvafiq qurumları birgə araşdırmaya başlayıblar.

TSK-nın Hercules filosu

Lockheed C-130 Hercules ABŞ-ın Lockheed Martin şirkəti tərəfindən istehsal olunan, dörd turbovintli mühərrikli, çoxməqsədli nəqliyyat təyyarəsidir. TSK 1963-cü ildən etibarən bu modellərdən istifadə edir. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında 19 ədəd C-130E və C-130B tipli təyyarə mövcuddur.

Oktyabr ayında Türkiyə Milli Müdafiə Nazirliyi Britaniya Kral Hərbi Hava Qüvvələrindən 12 ədəd C-130J Super Hercules təyyarəsi alacağını elan etmişdi. Bu təyyarələrin 2040-cı ilə qədər uçuşda qalması planlaşdırılırdı.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək